Şəhid anası özünün Prezident təqaüdünün bir aylıq məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

0
395

Şəhid anası özünün Prezident təqaüdünün bir aylıq məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürübBərdə rayonundan olan şəhər sakini şəhid anası Elza Kamal qızı Xəlilova özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə böyük oğlu Natiq Xəilov qəhramancasına həlak olub.

Bununla yanaşı ictimaiyyətə müraciət edən Elza Xəlilova bildirib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə dövlətin qətiyyətli addımlarını, təhlükəsizlik tədbirlərini əhalinin sağlamlığının qorunmasına Azərabycan Prezidentinin atdığı bütün addımları yüksək dəyələndirir, hər bir ölkə vətəndaşını xüsusəndə şəhid ailələrini, təqaüdçüləri bu aksiyaya qoşulmağa dəvət edir və tövsiyə edir ki, evdə qalmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər.

Əlavə edək ki, Elza Xəlilovanın ikinici oğlu Bərdə bələdiyyəsinin sədridir.