RASİM MƏMMƏDOV: ” ƏDALƏTİN QƏLƏBƏ ÇALACAĞINA ÜMİDİMİZİ İTİRMƏYƏK”

0
1056

 

                 

İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse- prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov tanınmış biznesmen Mübariz Mənsimovu müdafiə edənlər arasında müxtəlif cinayətlər şübhəsi altında olanları nəzərə almayaraq, bu şəxsin sağlığının önəmli olması səbəblərini rəhbər tutaraq ev dustağı kimi saxlanılmasını istəyənlər arasında olduğunu bəyan etmişdir. Onun bu cəsarətli addımını dəstəkləyən İctimai Nəzarət Koalisiyasının üzvləri də eyni fikirdə olduqlarını bildirmişlər. “Mübariz Mənsimov haqqında sosial şəbəkələrdə yayımlanan  rəsmi və qeyri-rəsmi ittihamların sübutu və yekun qərarı verilmədən heç bir söz deməyə heç kimin ixtiyarı yoxdur. Hər birimizin insanlıq borcu  ölüm təhkükəsi altında olan bir adamın sağ qalmasına çalışmaqdır.

Epidemiyanın tüğyan etdiyi bir dövrdə  bir çox ölkələrdə həbsxanaların  boşaldılması da göz önündədir.

Hələ də, qanunsuz əməlləri şübhə altında olan, həm də, milyonların sevgisini qazanmış bir şəxsin ev dustağı kimi saxlanılmasının mümkünlüyünə ümid edirik. “

Rasim Məmmədov bunları söyləməklə yanaşı eyni zamanda, bildirmişdir ki, koronovirusla bağlı ölkə başçımız İlham Əliyevin həyatımızın bütün sahələrini əhatə edən geniş çıxışına hər bir kəs diqqətlə qulaq asmalı və bu tövsiyələrə əməl etməlidir.

“İctimai Nəzarət fəlsəfəsi  yalnız hər bir kəsin düşündüklərini bildirmək səlahiyyətində  olmasını ifadə etmir. Ali qanun və qaydalara riayət olunması vacib şərtdir, özümüzü də, ətrafımızdakıları da düşünməyi  məcburiyyətdən deyil, sevgidən edək. Ali mərhəmət hisslərimiz və əməllərimizin  koronovirus təhlükəsi ilə yanaşı, minlərlə insana narahatçılıq hissi yaşadan Mübariz Mənsimov durumunu da aydınlığa çıxaracağına əminəm”.

“ictimaixeber.az”