Siqaret və spirtli içkilər koronavirusun “dostudur”

0
426

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Qebreyesus koronavirusa müqavimət göstərmək üçün insanları spirtli içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, ÜST-ün baş direktoru həmçinin sağlam və faydalı qidaları qəbul etməyi, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmağı tövsiyə edib.

“Əgər evdən işləyirsinizsə, uzun müddət eyni vəziyyətdə oturmamağa çalışın. Ayağa durun və hər yarım saatda üç dəqiqəlik fasilə edin”, – təşkilatın başçısı bildirib.