20 yanvar faciəsini törədən Dmitri Yazov öldü

0
481
SSRİ-nin müdafiə naziri olmuş Dmitri Yazov dünyasını dəyişib.
 Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Onun xəstəlikdən öldüyü bildirilib.

Qeyd edək ki, Yazov 1924-cü il noyabrın 8-də anadan olub. 1987-1991-ci illərdə keçmiş SSRİ-nin müdafiə naziri olub. 1990-cı ildə Sovet İttifaqı marşalı hərbi rütbəsinə layiq görülüb.

Dmitri Yazov 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin icraçılarından biri olub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.