Ermənistan Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bazar günü keçirilən yerli özünüidarəetmə seçkilərinin nəticələrini açıqlayıb.
Xudatyan hakim Vətəndaş Müqaviləsi Partiyasının topladığı səslərə istinad edib.
Beləliklə, nazirin verdiyi məlumatlara görə, Artik, Meğri, Yeğeqnadzor, Vayk, Cermux, Tsaqkadzor, Martuni, Artaşat, Axuryan, İcevan, Vardenis, Dilican, Araks, Armavir və Qarnidə bələdiyyə seçkilərində “Mülkü Müqavilə” partiyası liderlik edir.
Mərkəzi Seçki Komissiyası hələlik rəsmi rəqəmləri açıqlamayıb.
Qeyd edək ki, dünən Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.



