Dövlət qurumlarında koronavirusa qarşı tədbirlər gücləndirilib -İşçilər maska taxır

0
420

Dövlət müəssisələrində koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmrindən sonra bəzi dövlət nazirliklərin əməkdaşlarına maska, spirt kimi gigiyenik vasitələrdən istifadə barəsində göstəriş verildiyi iddia olunur.
Bu barədə danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev saytımıza bildirib ki, səhiyyə nazirinin tövsiyələrinə əməl olunmalıdır:
“Koronavirusdan qorunmaq haqqında nazirliyin rəsmi sosial şəbəkə hesabında tövsiyələr qeyd olunub. Bunlara əməl edilməsi hər bir müəssisə üçün əhəmiyyətlidir”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə nazirlikdə koronovirusla bağlı tədbir görüldüyünü bildirib:
“Səhiyyə nazirinin imzaladığı əmrdən irəli gələn göstərişlər xaricində xüsusi addım atılmayıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə buları söyləyib:
“Virus təhlükəsinə görə Nazirliyin bütün işçilərinə necə davranmaları ilə bağlı məsləhətlər verilib, ehtiyatlı olmaları tövsiyə edilib”.