Mingəçevirdə zəlzələ olub

0
416

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3,4 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.