İraqda etiraz aksiyaları davam edir:onlarla insan xəsarət alıb

0
482

İraqın Di-Kar vilayətinin Nasiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşmalarda azı 30 nümayişçi xəsarət alıb.

Bu barədə tibbi mənbəyə istinadən “Al-Sumaria” telekanalı bildirib.

Mənbənin məlumatına görə, zərərçəkənlərin əksəriyyəti güllə xəsarətləri alıb. İraqın təhlükəsizlik orqanlarındakı mənbə qeyd edib ki, nümayişçilərlə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında toqquşmalar şəhərin mərkəzində baş verib.
Qeyd edək ki, İraqda etirazlar ötən il oktyabrın əvvəllərindən davam edir. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, işsizliyə son qoyulmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən aksiyalar nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min insan zərər çəkiblər. Bu, 2003-cü ildə sabiq ölkə rəhbəri Səddam Hüseynin devrilməsindən indiyə kimi İraqda davam edən ən genişmiqyaslı etiraz aksiyalarıdır.