“Artıq Naxçıvandayıq, bütün xərcləri dövlətimiz qarşılayır”

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

Bu haqda Elazığ tələbə birliyi başqanı Nail Babayev deyib.
O deyib ki, tələbələr hazırda Naxçıvandadır və bütün xərcləri ödənilib: “Dövlətimizə təşəkkür edirik. Yol və yemək xərclərimiz qarşılanıb.

Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.