“Azneft” İstehsalat Birliyinə baş direktor təyin edildi

0
391

“Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib.

Bu barədə müvafiq əmri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev imzalayıb.

Əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinin Baş direktoru təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl birliyin direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.