Yeni barışan Berenlə Kənana 5 milyonluq təklif

0
343

Yeni barışan Berenlə Kənana 5 milyonluq təklifMünasibətlərinə yenidən şans verən müğənni Kənan Doğulu və aktrisa Beren Saat məşhur brendlərin diqqət mərkəzindədir.

Populyar markalar cütlüyün gündəmdə olduğunu nəzərə alaraq, onları reklam çarxlarına çəkmək istəyirlər. Bir neçə gün bundan əvvəl Saat və Doğuluya tanınmış zərgərlik firması təklif irəli sürüb.

Müqavilə şərtlərinə əsasən, Kənan və Beren reklam çəkilişlərində yer alacaq, bunun qarşılığında  5 milyon TL (1 milyon 431 min AZN) qonorar əldə edəcək. Cütlük isə şirkətə hələlik yekun qərarını bildirməyib.