Elmar Məmmədyarov Gürcüstanda səfərdədir

0
346

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstanda rəsmi səfərdədir.

E. Məmmədyarov Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

Səfər çərçivəsində E. Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü də planlaşdırılıb. Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Nazir E. Məmmədyarovun Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də nəzərdə tutulub.