Misirin nüfuzlu jurnalında “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” adlı kitabı ilə əlaqədar yazı dərc edilib

0
523

Misirin nüfuzlu “Ər-Ray Əl-Axər” jurnalında AR-ın Misirdəki Səfirliyinin ikinci katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə bağlı ərəb dilində qələmə aldığı “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” kitabı ilə əlaqədar yazı dərc edilmişdir.

“Ər-Ray Əl-Axər” jurnalında Azərbaycan Diplomatiyasının 100 illik tarixinin şanlı səhifələrindən danışılmış, müasir Azərbaycan Respublikasının banisi Ulu öndər Heydər Əliyevin xarici siyasətin Azərbaycan modelinin yaradıcısı olduğu, balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və müstəqil xarici siyasət prinsiplərinə söykənən praqmatik siyasi kursun konsepsiyasının əsasını qoymasını xüsusi olaraq vurğulamışdır.

Eyni zamanda, sözügedən jurnalda Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu layiqincə və inamla davam etdirən, ölkəmizin dövlətlərarası müstəvidə ikitərəfli və çoxtərəfli diplomatik nüfuzunu gücləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs edilmişdir.