Aparıcı Geyl Kinq onlardan bu qədər maddi imkan olduğu halda övladlarına necə tərbiyə verdiklərini soruşub. Cütlük qızları dörd yaşlı Maksimlə, iki yaşlı Avqustu “disiplinli” olmağa və əməksevərliyi aşılamağa çalışdıqlarını deyiblər:
“Biz onlara hər şeyi vermirik. Düşünürəm ki, bu vacibdir. Həmçinin, onların öz vəzifələri var”, – deyə Zukerberq bildirib.
Bundan başqa, onlar uşaqlara ev tapşırıqları verdiklərini və özləri ilə işə apardıqlarını söyləyiblər.
“Biz onları özümüzlə işə aparırıq ki, nəyi necə etdiyimizi görsünlər”, – deyə Çen vurğulayıb.