
Rəssam Lens Fan (Lance Phan) özünə olduqca maraqlı peşə seçib.

O, insanları “Pixar” şirkətinin cizgi filmlərinin personajlarına çevirir.

Lens bunu adi fotoşəkilin üzərində işləyərək edir. Emosiyaları, abu-havanı dəqiqliklə çatdıran rəssamın əl işlərinə heyran olmamaq mümkün deyil!

Bu arada, Fan sifarişləri də qəbul edir. Qiymətlər 225 dollardan başlayaraq, şəkildən şəkilə dəyişir.


















