İşıq vasitəsilə internet bağlantısı qurulacaq

0
441

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı texnologiyasının sınaqlarına başlayıb. Bu, adi “Wi-Fi” şəbəkəsinin alternativi ola bilər.

“Wi-Fi” şəbəkəsində siqnal radiodalğalar, “Trulifi” texnologiyasında isə işıq dalğaları vasitəsilə ötürülür. Pilot layihə çərçivəsində şirkət mütəxəssisləri tərəfindən hər avtobus oturacağına məlumatların ötürülməsi üçün kanal qismində çıxış edən işıq diodları quraşdırılıb. Bu isə o deməkdir ki, sərnişin internet şəbəkəsinə başı üzərindəki işıq mənbəyinin köməyi ilə qoşulacaq.

“Signify” nümayəndələrinin sözlərinə görə, bu şəkildə qoşulma şəbəkənin əhatə dairəsinin işıqlandırılan yerlə məhdudlaşması səbəbindən standart qoşulmadan daha təhlükəsiz olacaq. Bundan başqa, bu, siqnalı stabil ötürməyə imkan verir. Ona avtobus hərəkətdə olan zaman həm titrəyişlər, həm də işıqlandırma səviyyəsi təsir göstərmir. Rabitə kanalı qismində isə insan gözü ilə qavranılmayan infraqırmızı spektr hissəsi çıxış edir.