Keçmişdə qalan 15 peşə

0
381

Keçmişdə qalan 15 peşəBir zamanlar gündəlik həyatın bir hissəsi olan bəzi qəribə və qeyri-adi peşələrə texnologiyanın inkişafı nəticəsində hazırda ehtiyac qalmayıb və onlar get-gedə sadəcə yoxa çıxıblar.

“Business Insider” keçmişdə qalan bu sənətləri təqdim edir:

Oyadan
Keçmişdə qalan 15 peşə
Bu peşə XIX əsrin əvvəllərində Böyük Britaniya və İrlandiyada məşhur idi. Oyadanlar uzun bambuk çubuqlar vasitəsi ilə pəncərələri döyərək işə gedənləri yuxudan oyadırdılar. Zəngli saatların yayılması ilə bu peşə populyarlığını itirdi.

Pinspotter
Keçmişdə qalan 15 peşə
Mexaniki pinspotterlər 1936-cı ildə ixtira edilməmişdən əvvəl boulinqdə zərbədən sonra keqliləri əl ilə yığmaq və onları lazımi yerlərə quraşdırmaq üçün yeniyetmələri işə götürürdülər.

Zəli toplayan
Keçmişdə qalan 15 peşə
Bu peşə XVIII və XIX əsrlərdə Böyük Britaniya və Amerikada yayılmışdı. Xəstələri müalicə etmək üçün zəlilərin köməyi ilə bədəndən qan çıxarılırdı. Onları bataqlıq sularından tutmaq üçün zəli yığanlar qoca atları suya salırdılar. Sonra onlar heyvanın dərisinə yapışmış zəliləri qoparırdılar.

Meyit oğurlayanlar
Keçmişdə qalan 15 peşə
Meyit oğurlayanlar təzə ölmüş insanların cəsədlərini qəbirlərdən çıxarıb anatomik tədqiqatlar üçün alimlərə satırdılar. Bu peşə Böyük Britaniyada xüsusilə XVIII və XIX əsrlərdə məşhur idi.

Nəhayət, Britaniya hökuməti həkimlərə yoxsullar üçün evlərin sakinləri öldükdən sonra onların cəsədləri üzərində tədqiqatlar aparmağa icazə verdi.

Barıt daşıyan oğlan
Keçmişdə qalan 15 peşə
12-14 yaşlı oğlanlar yelkənli donanmada hərbi gəmidə “barıt meymunları” (powder monkey) ola bilərdilər. Onların vəzifəsi toplar üçün cəld barıt gətirmək idi.

Hesablayıcı
Keçmişdə qalan 15 peşə
Kompüterlər yaranana qədər bu işçilər – adətən qadınlar – əl ilə hesablamalar aparırdılar. Onlar müxtəlif sahələrdə, o cümlədən NASA-nın Mühəndislik şöbəsində çalışırdılar. Lakin onlar 1970-ci illərdən başlayaraq kompüterlərlə əvəz edilməyə başlayıblar.

Frenoloq
Keçmişdə qalan 15 peşə
Frenologiya XIX əsrdə, xüsusilə Edinburq (Şotlandiya) şəhərində yayılmışdı. Burada 1820-ci ildə Edinburq frenoloji Cəmiyyəti yaradılmışdı. Frenologiya yalançı elm elan olunana qədər, bir çoxları frenoloqlara müraciət edərək, kəllə sümüyünün formasına əsasən intellekt və xasiyyəti müəyyən etməyə çalışırdılar.

Bacatəmizləyən
Keçmişdə qalan 15 peşə
Bu şəxslər bacada zamanla yığılmış hisi təmizləyirdilər.

Fabrikdə mühazirəçi
Keçmişdə qalan 15 peşə
Fabrikdə çalışan işçilər monoton işdən yayınmaq üçün az da olsa əylənməli idilər. Buna görə də mühazirəçi onlara ucadan xəbərləri və kitab oxuyurdu.

Buzkəsən
Keçmişdə qalan 15 peşə
Soyuduculardan istifadə edilməzdən əvvəl buz göldən çıxarılırdı. Bunun üçün buzkəsənlərə müraciət olunurdu. XIX əsrdə 75 nəfərlik komandalar gün ərzində 1500 ton buz toplaya bilirdi. Lakin XX əsrin ortalarında soyuducu və dondurucu kameralar ev əşyalarına çevrilir və buzkəsənlərin xidmətlərinə daha ehtiyac qalmır.

Südçü
Keçmişdə qalan 15 peşə
Soyuducular adi ev əşyasına çevrilməmişdən qabaq, südü istehlakçılara müntəzəm olaraq çatdırmaq lazım idi. Südçülər Böyük Britaniya, Amerika və digər ölkələrdə XX əsrin əksər hissəsində çalışıblar. Onlar demək olar ki, hər səhər gəlib südü evin qapısının yanında qoyub gedirdilər.

Dagerrotipçi
Keçmişdə qalan 15 peşə
Rəqəmsal şəkillər və ya hətta neqativlər yaranmamışdan əvvəl, ictimai şəklin ən erkən növü olan dagerrotiplər mövcud idi. Belə şəkillər dagerrotipçilər tərəfindən hazırlanırdı. Lakin 1860-cı illərin sonunda daha ucuz və rahat texnologiyalar inkişaf etdiyi üçün dagerrotipçilər artıq dəbdən çıxdılar.

Siçovultutan
Keçmişdə qalan 15 peşə
Siçovultutanlar xəstəliklərin daşıyıcıları olan gəmiriciləri tuturdular. Avropada taun və vəba epidemiyası baş qaldıran zaman cəmiyyətin sağlamlığı və ərzaq ehtiyatlarının təhlükəsizliyi üçün siçovultutanlara müraciət olunurdu.

Daşqıran
Keçmişdə qalan 15 peşə
Bu işçilər dağ-mədənlərində tikinti süxurlarının çıxaılmasında iştirak edirdilər. İş təhlükəli idi, ağır əl əməyi tələb edirdi və bəzən bəsbəxt hadisə səbəbindən xəsarət və ya ölümlə nəticələnirdi.

Nəcis kamergeri
Keçmişdə qalan 15 peşə
Nəcis kamergeri monarxı tualet ehtiyacları üçün olan bütün aksesuarları ilə təmin edərək, ona təbii təlabatılarını ödəməyə kömək edirdi. Bu peşəyə nə qədər qəribə olsa da, tələbat böyük idi. Kamerger krala yaxın şəxs kimi, faktiki olaraq, onun məsləhətçisi olurdu ki, bu da ona bir sıra imtiyazlar verirdi.