Türkiyədə yenə zəlzələ

0
479

Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 01:44-də Başkale rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, Türkiyə seysmik cəhətdən aktiv zonada yerləşir və burada zəlzələlər olduqca tez-tez olur, çox vaxt insan tələfatı ilə nəticələnir.