Yazıçı – dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Azərbaycana gəliblər.
Bu, onların Azərbaycana ilk gəlişidir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvətilə Bakıya gələn Martin Cavanşiri və onun oğlu Fəxri xiyabanda Məmmədquluzadə və Həmidə Cavanşirin məzarını ziyarət ediblər.
Qeyd edək ki, onların bir sıra tədbirlərə qatılacağı gözlənilir.
“Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim”.
Bunu jurnalistlərə açıqlamasında Martin Cavanşiri bildirib.
O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:
“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq”.
Qeyd edək ki, M.Cavanşiri mühəndisdir.
“ictimaixeber.az”