Pişiyin cırmağı qadını qolsuz qoydu

0
549

İngiltərənin Bristol şəhərinin sakini Şirli Heyr Çan adlı pişiyinin əlini cırmaqlamasından sonra həyati təhlükə yaşayıb. Bu barədə “Daily Star” yazır.

Qadın bağında işləyərkən Çan dırnaqları ilə onu qolunu cızıb. Siam cinsindən olan pişik bu hərəkəti ilə qadına bakterial infeksiya salıb. Tezliklə yara qızarıb və qadın özünü pis hiss etməyə başlayıb. Bir neçə gün sonra qadının qolu qaralıb.

Şirliyə sepsis, septik şok, daxili orqanların sıradan çıxması, sətəlcəm və nekrotik fastsiit diaqnozları qoyulur.

Tibb işçiləri qadını beş günlük süni komaya salmağa və qolunun qaralmış hissəsini kəsməyə məcbur olublar.

Ümumilikdə Şirli xəstəxanada iki aydan çox vaxt keçirməli olub.

Jurnalistlərə müsahibəsində, o, Çanı 9 aylıq ikən 400 funta aldığını deyib:

“O heç vaxt mehriban olmayıb, hər yaranan şəraitdə mənə hücum edib. Yaş keçdikcə Çan daha da aqressiv oldu. Xəstəxanadan çıxandan sonra onu qızlarımdan birinə verdim. Bu hadisədən sonra pişiyi görmək istəmirəm”.