Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.
Artıq ilk yarış günü arxada qalıb. Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.