Mərkəzi Bank rəsmisi kriptovalyutaların əsas risklərini açıqladı

0
481

Gələcəkdən asılı olaraq biz də adekvat addımlar atacağıq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu gün bir çox mərkəzi banklar kriptovalyutalarla bağlı izləyici mövqedədir.

“Kriptovalyutalarla bağlı əsas problem onun emissiya edən mərkəzin olmamasıdır, yəni onlar tənzimlənmir. Burada da çirkli pulların yuyulması kontekstində risklər var. Amma buna baxmayaraq, qlobal səviyyədə bu tendensiya gedir.

AMB olaraq biz də bu trendləri yaxından izləyirik. Həm də onun qanunvericilik bazası olmalıdır. Gələcəkdən asılı olaraq, biz də öz adekvat addımlarımızı atacağıq. Yəni bu, daim AMB-nin diqqət mərkəzində olan prosesdir, amma hələlik bu istiqamətdə konkret addımın atılması gözlənilmir”.