Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb (FOTO)

0
496

Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb.

Nazirlikdən verilən məlumata görə, ilkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu rayonlarında 300 nəfər əlilliyi olan şəxs təlimlərə cəlb edilib. Növbəti mərhələdə daha 7 rayonda 400 nəfər proqram iştirakçısı üçün təlimlərə başlanacaq. Ümumilikdə isə dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir.

Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb (FOTO)Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb (FOTO)Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb (FOTO)