Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi – Ağlagəlməz nəticə

0
647

Ət ətraf mühitə ən güclü mənfi təsir göstərir, eləcə də insanlarda erkən ölüm riskini artırır.

Britaniyalı və amerikalı mütəxəssislər bu qənaətə gəliblər.

Oksford və Minnesorta universitetlərinin bir qrup alimi 15 müxtəlif qida qrupunun insan sağlamlığına və ətraf mühitə təsirini tədqiq edib.

Qeyd olunub ki, taxıl, meyvə, tərəvəz, fındıq və zeytun yağı ən az riskli qida qrupuna daxil edilib. Bu məhsulların risk səviyyəsi 4 vahidə bərabər olub. Balıq məhsulları risk indeksində 14 vahidlə ifadə olunub. Sağlamlıq və ətraf mühit üçün ən yüksək riski qırmızı ət təşkil edir. Belə ki, emal olunmuş qırmızı ət indeksdə 37, emal olunmamış qırmızı ət 73 vahidə bərabər olub.