Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçirildi

Rusiya və Ukrayna arasında müharibədə həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Prosesi “250-nin 22-yə” formatında baş tutub. Belə ki, Rusiya 250, Ukrayna isə 22 hərbçinin meyitini qarşı tərəfə təhvil verib.

Xatırladaq ki, sonuncu dəfə belə mübadilə oktyabrın 22-də aparılıb. Həmin vaxt Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin 252 hərbçisinin nəşini təhvil verib, Ukrayna tərəfi isə 25 rusiyalı hərbçinin meyitini qaytarıb.