ABŞ və İsrail diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə, noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyata başlamağı planlaşdırır.
Əməliyyat İranın nüvə obyektlərinə, energetika infrastrukturuna və ali rəhbərliyinə qarşı bir həftəlik kütləvi zərbələri əhatə edə bilər.
Bazar ertəsi İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir mümkün zərbələri koordinasiya etmək üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə görüşüb.
Bu arada Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və Misir İrana yeni zərbələrin qarşısını almaq üçün diplomatik səylər göstərir. Vasitəçilər Tehranın nüvə obyektlərinə BAEA müfəttişlərinin girişinə icazə verməsi müqabilində müəyyən güzəştlərin əldə olunmasına çalışırlar.
ABŞ Prezidenti Donald Tramp da aralıq seçkilərdən sonra İrana yeni zərbələr endirilməsini istisna etməyib.



