Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində enerji və ərzaq təchizatı sektorlarında güzəştlər axtarmağa hazırdır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Taxıl və enerji (…) bütün dünya üçün ağrılı bir məsələdir”, – Zelenski deyib.
Zelenskinin sözlərinə görə, taxıl tədarükü məsələsi təkcə Ukrayna və Rusiya üçün deyil, həm də Hindistan, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla Asiya və Afrikanın bir çox ölkələri üçün xüsusilə vacibdir. O, həmçinin Kiyevin artıq bir çox güzəştə getdiyini bildirib və Rusiya rəhbərliyindən əlavə addımlar atmağı tələb edib.



