“Azərbaycan üçrəngli milli bayrağın qəbul edildiyi gün olan 9 noyabrı qeyd edir”.
Bu barədə “Haber Global” “YouTube” kanalının Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videosüjetdə bəhs edilir.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin öz sosial media hesabından Dövlət Bayrağı Günü münasibətilə paylaşdığı videoda ifadə etdiyi təsirli ifadələr vurğulanır:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində Azərbaycan bayrağı dalğalanmaqdadır”.
Materialda həmçinin Bakıda hərbçilərin iştirakı ilə baş tutan yürüşdən də bəhs edilib.



