Ukraynada Kosmik Qüvvələr yaradılır

Ali Rada Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Ölkə parlamenti sənədi noyabrın 9-da keçirilən iclasda qəbul edib.

Qanun layihəsi Rusiya ordusunun “Oreşnik” raketi də daxil olmaqla, raket təhdidlərinə qarşı mübarizə, öz hərbi peykləri – kəşfiyyat, Rusiya qoşunlarının müşahidəsi və orbitdən məlumatların əldə edilməsi üçün imkanlar, Silahlı Qüvvələrin yeni bir qolu – Kosmik Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə eyni səviyyədə yerləşdirilməsi təklifini əhatə edir.