Əhaliyə 140 milyon manata yaxın ƏDV geri qaytarıldı

ƏDV geri al” layihəsi çərçivəsində 140 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 139 milyon 829,14 min manat olub.

2026-cı ilin yanvar – avqust aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 6 milyon 208,3 min manat təşkil edib.