BMT Ukraynaya yardımı kəskin azaltdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə ukraynalılara ayırdığı maliyyə yardımının həcmini kəskin şəkildə azaldıb. 

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2026-cı il büdcəsi 614 milyon dollar təşkil edib. Bu, ötənilki göstəricidən 23,6 faiz azdır.

Vəsaitin 470 milyon dolları Ukraynada qalan vətəndaşlara, yalnız 144 milyon dolları isə xaricdə yaşayan ukraynalılara dəstək üçün nəzərdə tutulub.

Bundan əlavə, Avropa İttifaqı da ukraynalılara yardım siyasətini sərtləşdirib. 2026-cı ilin 31 iyuldan sonra Aİ-yə gələcək hərbi mükəlləfiyyət yaşında olan ukraynalılar müvəqqəti müdafiə proqramına daxil edilməyəcək, amma artıq bu statusu alan şəxslərə bu qərarın heç bir təsiri olmayacaq.

İsveçrənin də avqustun 20-dən etibarən hərbi xidmət öhdəliyini yerinə yetirdiyini təsdiqləyə bilməyən çağırış yaşındakı Ukrayna vətəndaşlarına müdafiə statusu verməyi dayandıracağı bildirilib.