2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün sənəd qəbulu prosesinə start verilib.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, bununla bağlı şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.
Qəbul olunan şagirdlərin sənədləri cari ilin 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.
Valideynlər qəbul prosesi ilə bağlı bütün yenilikləri və statusları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən mütəmadi olaraq izləyə bilərlər. Müəyyən olunmuş vaxtadək sənədlərini təqdim etməyən şagirdlərin sorğuları ləğv ediləcək.



