Rusiyanın Ukraynanın Jitomir vilayətində Milli Polisin Baş İdarəsinin binasına PUA-larla zərbə endirməsi nəticəsində iki polis əməkdaşı həlak olub, azı 20 nəfər yaralanıb.
Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Zərbə nəticəsində binanın damında və dördüncü mərtəbəsində yanğın baş verib. Hadisə yerində polis, xilasedicilər və digər təcili xidmətlərin əməkdaşları çalışır.



