Ermənistanın Baş naziri Nikol Paşinyan orduda intihar hallarının və nizam-intizam problemlərinin araşdırılması məqsədilə işçi qrupu yaradıb.
Bununla bağlı qərar hökumətin saytında yayımlanıb.
11 nəfərlik qrupa müdafiə, səhiyyə, təhsil, elm, mədəniyyət və idman nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi, eləcə də digər güc strukturlarının nümayəndələri daxil edilib.
Xatırladaq ki, Paşinyan daha əvvəl ordudakı insidentlərlə bağlı məsul strukturlarda kadr dəyişikliklərinin aparılacağını bildirmişdi. Ardınca ordunun mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad edildilər.



