İranın dəhşətli planı üzə çıxdı: Bu ölkələr hədəfdədir

İranın Donald Trampın münaqişəni daha da genişləndirməsi halında Avropadakı ABŞ hərbi bazalarına zərbələr endirməyi nəzərdən keçirdiyi iddia olunur.

Bu barədə İngiltərənin “Financial Times” qəzetinə danışan mənbələr məlumat verib.

İran rəhbərliyinə yaxın mənbələrin iddiasına görə, Tehran müharibəni Yaxın Şərqdən kənara, hətta Avropadakı ABŞ hərbi obyektlərinə qədər genişləndirmə ehtimalını nəzərdən keçirir.

Məlumata görə, İranın mümkün hədəfləri arasında Bolqarıstandakı ABŞ hərbi bazaları da yer alır. İddialara əsasən, Tehran əvvəlki strategiyasını dəyişərək hücumların coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.

Bu iddialardan sonra NATO-dan da açıqlama verilib. Alyans rəsmisi bildirib ki, NATO istənilən təhlükəyə qarşı hazırdır və bütün müttəfiqlərini müdafiə etmək üçün zəruri tədbirləri görəcək.

NATO rəsmisi həmçinin İran tərəfindən Türkiyəyə atılan ballistik raketlərin ilin əvvəlində dörd ayrı hadisədə NATO hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini xatırladıb.