Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılıb.
Qeydiyyat prosesi my.gov.az platforması üzərindən bu gün – 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.azplatforması vasitəsilə aparılır.
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” ilə açmalıdırlar.



