İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı, ölkənin ali lideri Ayətullah Əli Xameneinin müşaviri Möhsün Rzai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Bu barədə İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbətəbai məlumat verib.
Onun sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqədrin istefasından sonra İran prezidenti Məsud Pezeşkianın sərəncamı ilə bu vəzifəyə Möhsün Rzai gətirilib.
Rzai bu postda martın 27-də, sələfi Əli Laricaninin ölümündən sonra təyin edilmiş Məhəmməd Bağır Zülqədrini əvəzləyib.
İranın ali liderinin ofisinin açıqlamasına görə, Zülqədr isə bundan sonra Əli Xameneinin oğlu Müctəba Xameneinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışacaq.




