Rusiya ilə Almaniya arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı heç bir rəsmi danışıqlar aparılmayıb.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Qaluzin qeyd edib ki, Moskva ilə Berlin arasında Ukrayna məsələsi üzrə rəsmi təmaslar nə olub, nə də hazırda var. O, bunun Almaniya rəhbərliyinin Rusiyaya qarşı “aqressiv ritorikası” və atdığı praktiki addımlarla əlaqəli olduğunu deyib.
Bununla yanaşı, Rusiya XİN rəsmisi iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini və bu təmasların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb. Nəşr qeyd edib ki, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.




