Dünyanın ən yaşlı dövlət başçısı, 93 yaşlı Kamerun Prezidenti Pol Biya artıq iki aydan çoxdur ki, ölkə hüdudlarından kənardadır.
Bu barədə “Associated Press” məlumat yayıb.
Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfərə getdiyini bildirərək Kamerunu tərk edib. Lakin səfər uzanaraq onun hakimiyyətdə olduğu müddətdəki ən uzunmüddətli səfərlərdən birinə çevrilib. Bütün bu müddət ərzində dövlət başçısı ictimaiyyət qarşısına çıxmayıb.
Müxalifət nümayəndələri bildirirlər ki, prezidentin uzun müddət ölkədə olmaması faktiki hakimiyyət boşluğu yaradır. Onların sözlərinə görə, dövlət işləri demək olar ki, avtomatik rejimdə həyata keçirilir.
Pol Biya 1982-ci ildən Kamerun prezidentidir. O, 2025-ci ilin payızında prezidentlik postuna səkkizinci müddətə yenidən seçilib.




