CƏMIL DADAŞOV – 65

XEYRULLA AĞAYEV

Dəyərli dostum, qələm həmkarım, şirin həmsöhbətim, yumor tərəfdaşım CƏMİL qardaşımın ad günüdür, yubiley yaşıdır.

65 yaş – gözəl yaşdır gəncliklə müdriklik arasında. Ancaq bizdə indi 65 deyən kimi pensiya yaşı düşünürlər. Eybi yoxdur- pensiya yaşına çatmaq da hər adama nəsib olmur. Bir də ki, çəkdiyin zəhmətin bəhrəsidir pensiya.. Halal haqqını almaq da bir şərəfdir.. Bu da bir şərəfli səhifədir C.Dadaşov çoxpalitralı , çoxdiapazonlu bioqrafiyasında..

Ad günü yaşanmış ömrə bir boylanış, bir hesabat məqamıdır. Cəmil m yaradıcı tale yaşayıb, hər zaman gözəlliklər axtarıb təzadlı dünyamızda, gözəlliklər yaratmağa çalışıb gözəl qəlbi ilə. Sadəlik və səmimiyyət onun şoxşaxəli porteretinin ən mühüm çalarlarıdır- fərqləndirən, sevdirən cəhətləri. Ədalətsizliyə, haqsızlığa dözümsüzdür və mübariz xarakter nümayiş etdirməyi bacarır. Təmənnasızlıq onun şəxsiyyətinə yaraşıq verən məziyyətdir. 
Nikbin adamdır Cəmil m. Kimsə onu dilxor ya əsəbi, ya hər hansı neqativ yaradacaq əhvalda görməyib. Dərdini içində tək daşımağı, sevinci hamıyla bölməyə qadir insandır. “Özgəni güldürən sözüm- söhbətim, Özümü yandıran qəmim var mənim” misraları sanki ona həsr olunub. Müdriklik əlamətidir dərdindən böyük, vüqarından kiçik olmağı bacarmaq- bunu Cəmil m bacarır. Müdriklik onun düşüncəsinin və həyat fəlsəfəsinin əsasını təşkil edir.

Gözəl ziyalıdır, həmişə dövlətə, dövlətçiliyə, milli mənafelərə sadiq adamdır, ucuz şöhrət ya şəxsi mənafe naminə ucuz söz dalınca qaçan deyil, ruhunda böyük şəxsiyyət və mükəmməl baxış yaşadır ki, bu ona həmişə hadisələrin fövqünda dayanmağa yardımçı olur. Nəfsinə qalib gəlmiş insan kimi çoxlarına örnəkdir bu gün. Yaşadığı tale ilə, yaşadıqları, yaratdıqları ilə bu gün fəxr edə bilirsə- bu onun insan xoşbəxtliyidir. Məmnunluq hissi yaşamaq haqqına haqq edir bu saf insan..
Yaradıcı ruhlu insan kimi incə müşahidə qabiliyyəti, yaxşını pisdən seçməyi bacarmaq, yaxşını təbliğ etməyi, hay-küydən, populizmdən uzaq, həqiqətə və ədalətə söykənən SÖZ deməyi bacaran jurnalistdir. Qələmini hər zaman əlahəzrət Həqiqətə, Ədalətə həsr edib. Elə uzun illər baş redaktoru olduğu qəzetin adı da onun həyat, yaradıcılıq və mübarizə amalını əks etdirir.

Bu gözəl yubiley günündə dəyərli dostumu ürəkdən təbrik edirəm, SÖZ və QƏLƏM yaşın mübarək dostum, deyirəm. SÖZ kimi heç vaxt qocalmayan, hər zaman canlı və təravətli, zəngin, təsirli, zövq və enerji verən böyük tale arzulayıram yaradıcılıq uğurları ilə! SÖZün kəsərli olsun! Gün olsun daha böyük yubleylərini sevimli dostlarımızla birgə qeyd edək- can sağlığı və xoşbəxtlik nurunda!.