Hövsana su fasilə ilə verildi

Bakının Surxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında gün ərzində müvəqqəti fasilə yaranıb.

Bu barədə  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu Suraxanı rayonundan keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.