8 avqust müğənni Akif İslamzadənin doğum günüdür

Akif Qədir oğlu İslamzadə Bakıda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1979). İxtisasca istehlakçı mühasibdir. 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın “Çoban Qara” mahnısını səsləndirib. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində çalışıb. Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1986-cı ildə səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Cərrahi əməliyyatda səs tellərinin biri götürülüb. Bununla da müğənni kimi fəaliyyəti yekunlaşıb. Bir müddət Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub (1992-1993). “Şöhrət” ordeni ilə təltif edilib (2023).

Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın “Çoban Qara” mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin “Qızıl Fondu”nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

6 may 2016 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

120-dən çox mahnının ifaçısıdır.

Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadə adına küçələr var

Filmoqrafiya:

Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – musiqi ifaçısı

Qaynana (1978, tammetrajlı bədii film) – musiqi ifaçısı

Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – musiqi ifaçısı

Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – musiqi ifaçısı

Evləri köndələn yar(1982, film-tamaşa) – musiqi ifaçısı

Əzablı yollar (1982, tammetrajlı bədii film) – musiqi ifaçısı (vokal)

Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – musiqi ifaçısı

Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – musiqi ifaçısı

Pəncərədə işıq(1987, film-tamaşa) – musiqi ifaçısı

Arzularını çəkən rəssam (2007, sənədli film) – musiqi ifasından istifadə olunub

72 km (2014, qısametrajlı bədii film) – musiqi ifalarından istifadə olunub

Məhəbbət. Məhəbbət!… (????, film-tamaşa) – aktyor, musiqi ifaçısı