İran Prezidenti Məsud Pezeşkian xalqının düşmənlərin təzyiqlərinə müqavimət göstərdiyini və ölkəsinin müasir tarixin ən çətin vəziyyətinin öhdəsindən gəldiyini bildirib.
İran lideri buna görə xalqına təşəkkür edib.
“Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur”, – Pezeşkian qeyd edib.
Onun sözlərinə görə, düşmən İran xalqını etirazlara təhrik etməyə çalışır, lakin İran hökuməti xalqı məyus etməməkdə qərarlıdır.
“Əgər biz xalqın yanında dayansaq, heç bir qüvvə bizi diz çökdürə bilməz”, – Prezident vurğulayıb.




