Estoniya Rusiya ilə sərhədini tamamilə bağlamayacaq.
Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Kamran Əbilov Estoniyanın məqsədini açıqlayıb.
Onun sözlərinə görə, Tallinn sərnişin və yük axınını azaltmaq üçün Estoniya-Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqələrinin iş saatlarını qısaldıb.
Diplomat əmin edib ki, “Estoniya hakimiyyətinin verdiyi zəmanətlərə əsasən, görülən tədbirlər xüsusilə sərnişin və yük daşımalarının azaldılmasına yönəlib və hazırda sərhədin tam bağlanmasını nəzərdə tutmur”.
Əbilov əlavə edib ki, Estoniya hakimiyyətinin bu mövqeyi, hazırda Rusiya ilə sərhədi əsasən Avropa İttifaqı vətəndaşlarının keçməsi ilə də bağlı ola bilər.




