Yanacaq növbəsi ruslar üçün gözlənilməz fayda gətirdi

Xəbər verdiyimiz kimi uzun müddətdir ki, Rusiyada benzin böhranı yaşanır.

Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası (FNPR) yanacaqdoldurma məntəqələrində yaranan növbələrlə bağlı maraqlı məlumat açqlayıb. FNPR-in Kommunikasiya Departamentindən TASS-a verilən məlumata görə, yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələr ruslar üçün işə gecikməyə əsaslı səbəb ola bilər.

Mütəxəssislər bu fikri belə izah ediblər ki, yanacaqdoldurma məntəqələrində yaranan və kilometrlərlə uzanan növbələr, ictimai nəqliyyatda reyslərin, gedişlərin ləğvi, təcili həkimə müraciət kimi fövqəladə və fors-major hallar hesab olunur. Bununla belə, ekspertlər rusiyalılara hər hansı bir gecikmə halı barədə işəgötürənlərə dərhal məlumat vermələri və bunun səbəbini bildirmələri tövsiyə ediblər. Departament onu da əlavə edib ki, rəhbərlik gecikməyə səbəb olan fors-major halları ilə bağlı sənədlər və sübutlar da tələb edə bilər.