Səhər yuxudan duran kimi təzə meyvə yemək və ya bir stəkan meyvə şirəsi içmək kimi ənənə bir növ ictimai şüurda sağlam qidalanmanın təcəssümü kimi özünə möhkəm yer tutub. Lakin bu, səhər qəbul edilən qida bir çoxları üçün enerji əldə etməyə deyil, mədə ağrısına, ürəkbulanmaya və köpə səbəb olur.
Bu fikri məşhur rusiyalı dietoloq Daria Rusakova deyib.
O qeyd edib ki, demək olar ki, bütün meyvələrdə üzvi turşular var. Onlar mədəyə acqarına daxil olduqda onu qoruyan “divarlar”a aktiv şəkildə təsir göstərə bilirlər.
“Üzvi turşular mədə və onikibarmaq bağırsağın selikli qişasını qıcıqlandıra bilər. Xüsusən də bu qişa artıq zədələnibsə belə qida qəbulu arzuolunan deyil”, – deyə ekspert izah edib.
İkinci vacib komponent isə fruktozadır. Fruktoza həddindən artıq qəbul edildikdə, tam sorulmaya və yoğun bağırsağa daxil ola bilər: “Belə olan halda fruktoza orada bakteriyalar üçün çoxalma mühitinə çevrilir. Bu, fermentasiya prosesini aktivləşdirər və nəticədə qarında şişkinlik, sancı və ishal yaranır”.




