İran ABŞ qarşısında şərt 

İran Livanda atəşkəs əldə olunmadan ABŞ ilə danışıqların yeni mərhələsinə keçməyəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, İsveçrədəki görüş yeni sazişə deyil, 18 iyun 2026-cı il tarixli İslamabad qarşılıqlı anlaşma memorandumunun icrasına nəzarətə həsr olunub. Sözügedən sənəd müharibənin başa çatmasını və danışıqların növbəti şərtlərini əhatə edir.

Bəqai dəqiqləşdirib ki, memorandumun 13-cü maddəsi yekun saziş üzrə danışıqların başlamasını bir neçə bəndin icrası ilə əlaqələndirir.

“Bu müddəalar, xüsusilə də 1-ci maddə (Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması) yerinə yetirilmədən yekun saziş üzrə danışıqlar mərhələsinə keçmək qeyri-mümkündür”, – deyə İran XİN rəsmisi yazıb.