Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!

Mən də uşaqpulunun verilməsinin tərəfdarıyam. Dünyanın hansı yerində olur-olsun uşaqpulu verilməlidir.

Bunu deputat Aqil Abbas deyib.

O deyib ki, Azərbaycan hökuməti uşaqpulunu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir:

“Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, aztəminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar.

Amma mən uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam”.