Rasim Balayev vəfat etdi

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Bu barədə sosial mediada məlumat yayılıb. Məşhur aktyorun Türkiyənin “Memorial” xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.