Gecikəcəyiniz üçün üzülməyin – Apple Xəritələrə təşəkkür edin

0
529

Apple, təqdim edildiyi gündən bu yana Xəritələr tətbiqinin Google Xəritələri əvəzetməsi uğrunda bir çox sınaqlardan keçib. iOS 13 və iPadOS ilə Apple,  yeni xüsusiyyətlər əlavə edərək bu “xəritə oyunu”nu öz xeyirinə çevirməyi bacardı.

Yeni özəlliklə artıq ETA-nızı (Estimated Time of Arrival – Təxmini Çatma Zamanı)  telefonunuzdakı hər hansı bir əlaqə ilə paylaşa və onların sizi canlı olaraq izləməsini təmin edə bilərsiniz. Həmçinin Google Street View-a bənzəyən, lakin Apple tərəfindən hazırlanmış yeni bir “Look Around” – ətrafa nəzər salma funksiyası da mövcuddur.

ETA Apple-ın son versiyasına əlavə edilən ən faydalı özəlliklərdən biridir. iOS 13.1-dən etibarən Apple Xəritələr naviqasiyasından istifadə edərək gəliş vaxtınızı SMS və ya iMessage vasitəsilə dostunuzla paylaşa bilərsiniz. Belə ki, bir yerə addımlayarkən Apple Xəritələr naviqasiyasını başladın.

Cari istiqamətlərə baxarkən gəliş vaxtınızı və bitmə düyməsini göstərən bölmənin alt hissəsindən ekranı sürüşdürün.

“ETA Paylaş” düyməsini vurun.

Bölüşmək istədiyiniz əlaqəni və ya əlaqələri seçin.

Apple Xəritələr mesaj göndərdikdə, qarşı tərəf buna bənzər bir şey oxuyacaq: “ETA-mı Apple Xəritələrində sizinlə bölüşməyə başladım. Mərkəzə saat 10:44-də çatacağam. Gecikəcəyim halda bunu bildirəcəyəm”.

Həqiqətən də, tıxacda qalsanız və ya ətrafda gəzişəsi olsanız, Apple Xəritələr qarşı tərəfə gecikəcəyinizi və yeni gəliş vaxtınızı bildirən başqa bir mesaj göndərəcək.

Bəlkə də, Apple Xəritələrdə ən böyük dəyişiklik Look Around adlı yeni xüsusiyyətdir. Bir növ  Google-un Küçə Görünüşünə bənzəyən bu özəllik bir yerin dəqiqliklə necə göründüyünü göstərən fotoşəkillərdən ibarətdir və sizə şəhərin küçələrində gəzmə imkanı yaradır. Yeganə mənfi cəhət odur ki, hazırda yalnız bir şəhərdə – San Fransiskoda mövcuddur. Buna baxmayaraq, iPhone, pərəstişkarlarını həyəcanlandırmağı bacarıb. Nəzərə alaq ki, Apple gələcəkdə daha çox şəhər əlavə edəcək. Hətta o şəhərlərdən birində yaşamasanız belə, yenə də ətrafa nəzər sala bilərsiniz.

Bu xüsusiyyətlər Apple-ın iOS 13-də etdiyi maraqlı əlavələr siyahısına qoşulur. Bu siyahıya yeni Xatırlatmalar tətbiqindən tutmuş, iPhone və iPad-də proqramları silmək üçün yeni üsula qədər bir çox əlavə daxildir.